“Yuvamdakı düşman”ın yayım günü bəlli oldu – Videolar
“Show TV”-də ekrana gələcək “Yuvamdakı düşman” serialının yayım günü bəlli olub.
Milliqazet xəbər verir ki, prodüserliyini “Düş gezginləri” etdiyi, ssenarisini Röya İşçilərin yazdığı serial yanvarın 25-dən ekranlara gələcək.
Ekran işində Nebahat Çehre, Ece Çeşmioğlu, Pamir Pekin, Aslı Tandoğan, Pelin Öztekin, Hakan Dinçkol, Rza Akın, Doğac Yıldız, Cansu Türedi və Sultan Köroğlu Kılıç kimi tanınmışlar rol alıb.
Qeyd edək ki, serial yayımlanan anonsları ilə artıq tamaşaçıların diqqətini cəlb edib. İzləyicilər siosial şəbəkədə ekran işi haqqında müxtəlif fikirlər paylaşıblar. Onların əksəriyyəti serialı səbirsizliklə gözlədiyini yazıb.










