Murat Boz səs-küylü toydan görüntülər yaydı - VİDEO
Müğənni Murat Boz Bakıda çıxış etdiyi səs-küylü toydan görüntülər yayıb.
Milliqazet xəbər verir ki, müğənni "Youtube" kanalında Azərbaycandakı toydan və Türkiyədə verdiyi konsertlərdən ibarət hazırlanan video-rolik paylaşıb. O, sözügedən məclisi "Azərbaycan konserti" adı ilə təqdim edib.
Qeyd edək ki, Türkiyə mətbuatı müğənninin Bakıda toyda oxumaq üçün 400 min dollar aldığını yazmışdı. Onun aldığı qonorar










