Afaq Gəncəli: “Hələ də mənə mesaj yazır...”
Teleaparıcı Afaq Gəncəli “ATV maqazin onlarla” verilişində müğənni Röyaya qadağa qoyması barədə xəbərlərə aydınlıq gətirib.
Milliqazetä açıqlama verən aparıcı bildirib ki, Röya ilə dostdur: “Biz dostuq, münasibətimiz əladır. Günü bu gün də Röya mənə mesaj yazır, danışırıq. Hər şey çox gözəldir. Boş insanların haqqımızda yaydıqları məlumatdır”.
O, əməliyyat olunması haqqında deyilənlərə də münasibət bildirib: “Məndə əməliyyatlıq nə isə görürsünüz? Soyunub, göstərə bilərəm. Yalan söhbətdir”.
Afaq digər maqazin aparıcılarını özünü ona oxşatmasından da danışıb: “Deyim onlara ki, məni təkrarlamayın? Digər maqazin verilişlərinə baxmağa vaxtım yoxdur. Kimsə məni örnək götürüb, kopyalayırsa, canı sağ olsun”.










