Talıb Tale Heydər Əliyev Sarayında konsert verəcək
“Maşın” şoudan sonra daha da populyarlaşan Talıb Tale konsert verməyə hazırlaşır.
Milliqazet xəbər verir ki, ifaçı Heydər Əliyev Sarayında sevənlərinin qarşısına çıxacaq. Konsert 14 fevral Sevgililər Günündə reallaşacaq.
İfaçı köhnə və yeni mahnılarını səsləndirəcək.
Saat 19:00-da başlayacaq tədbirin biletləri yaxın günlərdə satışa çıxarılacaq.










