Pərvin ana olmaq istəyir: ”O zaman xoşbəxt olacağam”
Aktrisa Pərvin Abıyeva yola salmağa hazırlaşdığımız 2017-ci il ilə bağlı təəssüratlarını bölüşüb.
Milliqazetä açıqlama verən aktrisa bildirib ki, bu il başı daha çox qalmaqallara qarışıb: “2017-ci ildə mənim üçün böyük hadisə baş verməyib. Ən böyük uğurum Türkiyə sənət aləminə qoşulmağım və mediada istədiyim kimi tanınmağım oldu. Əsas başıma qalmaqal gəldi. Məni qalmaqala çəkirlər və onun ətrafında döndürürlər. Amma olanlar qarşısında dik dururam. Heç vaxt əyilmirəm. Öz işimlə məşğulam. Medianın daim diqqətindəyəm. Bilmirəm bunun səbəbi xarici görünüşüm, şəxsi həyatım, yoxsa gördüyüm işlərdir. Bəziləri fikirləşir ki, mən pul verib, özüm haqqında xəbərlər yazdırıram. Əslində, elə deyil. Insanlar gördüyüm işlərə qiymət verir”.
O, qadın olaraq özünü xoşbəxt hiss etmədiyini də deyib: “Özümü tam xoşbəxt hesab etmirəm. Hər şey əlli-əliyədir. Tanınmaq, sevilmək insanı 100 faiz xoşbəxt etmir. Bizim sıradan insanlardan daha çox problemimiz olur. Hazırda bir arzum var. Ən böyük məqsədim və istəyim ana olmaqdır. Ondan böyük arzum yoxdur. Ana olandan sonra özümü tam xoşbəxt hiss edəcəyəm”.
Pərvin həmkarı Tunay Əliyeva ilə yaşadığı qalmaqaldan da danışıb: “Məhkəmə yanvar ayında olacaq. 100 min manat o, 200 min də mən istəyirəm. Amma bunlar absurd rəqəmlərdir. Mənə pul lazım deyil. Üzr istəsin, mənə bəs edir. O mənim adımla gündəmə gəlməyi bacardı, istəyinə çatdı. Bu məsələnin bitməsini istəyirəm. Onu heç vaxt bağışlamaram. Kinli biri deyiləm, amma mənə pislik edənləri unutmuram. Gündəm xətrinə çıxıb ağzına gələni dedi. Indi də deyir ki, ən nə bilirsən o məqsədlə demişəm? Kor-kor, gör-gördür. Hər şey ortadadır”.










