Oksana ilə Natavan barışdı: “Onu ən yaxşı mən başa düşürəm”
Rəqqasə Oksana Rəsulova ilə müğənni Natavan Həbibi küsülülüyə son qoyub.
Uzun müddət yaxın rəfiqə olan və daha sonra qalmaqal yaşayan məşhurlar rəqqasənin doğum günündə bir araya gəlib. Natavan barışmaqları haqqında bunları deyib: "Mənim burada olmağım çoxlarına qəribə gələ bilər. ancaq bu belə olmalı idi. Oksananın doğum günündə yanında olmalıydım. Biz bir-birimizi yaxşı başa düşürük. Oksananı ən yaxşı mən anlayıram. Hər şey arxada qaldı. Artıq böyümüşük. Oksananı ən yaxşı mən başa düşürəm. Ona gözəl günlər arzulayıram”.










