Nigar Camal: “Efirdə bədənimi süni adlandırmaq...“
Müğənni Nigar Camalın haqqında sərt açıqlamalar verən Röyaya cavabı gecikməyib.
Milliqazet xəbər verir ki, müğənni sosial şəbəkədə ittihamlara cavab verib: “Kaş ki, Miri Yusif kimi mən də təqdimata getməzdim. “Altın kelebek”i çox təriflədilər, lakin “MUZ TV” mükafatları qədər deyil. Röya məni də, Samir Cavadzadəni də “İnstaqram”da bloka atıb. Çünki eşidib ki, biz duet oxuyacağıq. Ora gedəndə hamı bilirdi ki, qalib Röyadır. Kompleksi olan insanlar belə açıqlamalar verə bilər. Kimin sözü varsa, zəng vurub, desin. Çıxıb efirdən bədənimi süni adlandırmaq düzgün deyil. Özlərində yoxdur deyə mənimkinə sataşırlar. Qaldı ki, mən Anarın anasıyam ki, Röyanı makiyaj etməyə qoymayım?”.
Qeyd edək ki, Röya “Xəzər maqazin” verilişində Nigar Camal haqqında bunlar demişdi:
“Səhnəyə məni çağıranda ona əlimi atdım. Nigar isə arxasını çevirdi. Arxası da ki... hamısında yapışdırılmadı.
İkili arasında qalmaqal “Altın kelebek” mükafatlandırmasından sonra başlayıb.










