Aktrisa Zarina Məmmədova: "Tanış olmaq üçün sifarişlə evimizə gəlirlər”
“Bir müddət öncə sənətdən getməyi düşünürdüm. Gördüm ki, sənəti olanlardan yazmırlar. Universiteti qırmızı diplomla bitirdim, 12 filmə çəkildim. Amma ortada heç nə yoxdur. Mən də uzaqlaşmaq qərarına gəldim”..
O, bildirib ki, onu fikrindən rejissorlardan biri döndərib: “Biz əziyyət çəkirik, amma başqası gəlib bir qalmaqalla gündəmi zəbt edir. biz ordata qalırıq. Bizim əziyyətimiz hədər gedir. Sonra bir rejissorun söhbətindən sonra qayıtdım. Dedilər ki, təzə başlamısan, davam et. Mən də geri döndüm. Bundan əlavə yaratda sərgim olacaq. Ona da hazırlaşıram. Böyük işdir. Yaradıcılıqla məşğulam. Görək, qiymət verəcəklər?”
Aktrisa yeni biznesindən də danışıb: “Yeni biznes qururam. Alınsa, bundan sonra filmlərə daha seçici yanaşacağam. Pula görə filmə çəkilmək istəmirəm. Təşkilatçı olacağam. Artıq reklam çəkilişlərimizə start vermişik. Məncə, uğurlu olacaq”.
Zarina sosial şəbəkədə tamaşaçılar tərəfindən xoş qarşılandığını bildirib: “Nə foto paylaşsam, deyirlər ki, nə şirinsən. Tənqid olunmuram. Çünki səmimi, özüm kimiyəm. Elin gözü tərəzidir. Onlar bilirlər ki, kim, nə işlə məşğuldur. Tənqidlər sifarişlə yazanlardır. Sifarişlə evimizə kimi göndərilən adamlar olur. Tanış olmaq üçün məni izləyirlər. Aramızda başqa bir münasibətin başlamasını istəyirlər. Ancaq ağlımı işlədirəm”.
Aktrisa sevgilisinin olduğunu da etiraf edib: “Sevdiyim şəxs var. Seçimimdə qətiyəm. Qalanlar məni maraqlandırmır. O, məni olduğum kimi sevir. Necə əziyyət çəkdiyimi görür”.
Z.Məmmədova aktrisalara qarşı olan münasibətdən narazlığını da dilə gətirib: “Azərbaycanda aktrisa deyəndə ağlına filankəs neçəyə “çıxır” ifadəsi gəlir. Bu, çox xətrimə dəyir. Axı, elə deyil. İctimai nəqliyyatdan istifadə edən aktrisalarımız var. Əziyyət çəkirlər, maşınları da yoxdur. Nəyə görə aktrisa deyəndə ağla pis fikir gəlsin? Niyə? Bu fikri formalaşdıranlar özlərinə ziyan edir. Amma kütlə onları tanıyır. Biz kənarda qalırıq və ləkə bizə yaxılır”.










