Ayrılma səbəbləri pul imiş...
Müğənni Mustafa Sandal ilə həyat yoldaşı, müğənni Əminə Sandalın ayrılması haqqında xəbər yayılıb.
Milliqazet Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mustafanın 5 ay öncə ailəsi ilə yaşadığı villanı tərk etdiyi bildirilir. Cütlüyün ayrılmasına səbəb Əminənin bədxərc olması göstərilir.
Xanım müğənninin hər il evin dekorasiyasını dəyişməsi həyat yoldaşını təngə gətirib. Müğənni evi tərk etsə də, həftənin 2 günü uşaqlarına görə yaşadığı villaya qayıdır.
Sandal boşanmaq istəsə də, həyat yoldaşı onunla razılaşmır.










