Rza Zərrab haqda susan Günel: “Toyun nə zamandır” deyə soruşmayın”
Son günlərin çox müzakirə olunan mövzusu Rza Zərrabdır.
Məhkəmə qarşısına çıxan və qalmqallaı açıqlamalar verən Rza Zərrab gündəmdədirsə, gözlər həyat yoldaşı Ebru Gündəşə və keçmiş sevgilisi Günel Zeynalovaya yönəlir. Hazırda məhkumluq yaşayan iş adamla bağlı hazırda hər iki xanım da susur.
Ərinin xəyanətini öyrənən və boşanmağa hazırlaşan Ebru Gündəş Kanlıcada yerləşən villadan köçməyə hazırlaşır. Müğənni görüntülənməsə də, villada yaşananlar mətbuatdan yan keçməyib.
Müğənni gündəmdən uzaq qalmaq üçün sosial şəbəkədə də paylaşım etmir. Lakin onun prezident Rəcəb Tayyib Ərdoğana Zərrabın Türkiyəyə zərər verə biləcəyi barədə məlumat göndərdiyi iddia olunur.
![]()
Rza Zərrabın evlilik yolunda irəlilədiyi, lakin sürpriz şəkildə ayrıldığı Günelin son günlər etdiyi paylaşım isə diqqətdən qaçmayıb: “Yalnızlıq çox gözəldir. Əylənmək başqa cür gözəldir. Başım rahatdır. Güvənim sarsılmır. Haqq etməyənə verəcək dəyər qalmır. Sevgim və sayğım mənimdir. Başqa deyəcəyiniz var? “Toyun nə zamandır” deyə soruşmayın. Qismətdir bu işlər”.
Müğənni son olaraq “Səndən insaf dilər yarın” mahnısını paylaşıb.
Rza Zərrabla 8 il eşq yaşayan və qalmaqallı şəkildə ayrılan Azəri qızı Güneldən fərqli olaraq türkiyəli aktrisa Berna Laçın Rza Zərrab barədə paylaşım edib.
![]()
Aktrisa sosial şəbəkədə yazıb ki, Azəri qızı Günel Zərrabdan canını qurtarıb: “Yadıma gəlir, 10 il əvvəl müğənni Günel ilə Zərrab sevgili idi. Günel həm tərk edilmiş, üstəgəl 6 ay həbs cəzası almışdı. “Hər şeydə xeyir var” dedikləri budur. Günel canını ucuz qurtarıb”.
Bu gün isə məlum olub ki, Gündəşlə Zərrabı iş adamının keçmiş sevgilisi Azəri qızı Günel tanış edib. Bu haqda “Habertürk”ün yazarı Esin Evet öz köşəsində məlumat verib.
![]()
Cütlüyü Günelin tanış etdiyini vurğulayan yazar Rza Zərrabın məşhurluq üçün Ebru Gündəşlə evləndiyin iddia edib: “Əgər məqsədinə çatmağa yanındakı qadının məşhurluğu kifayət etmirsə, adam daha məşhur qadına gedər. Ebru Gündəş Rza Zərrab üçün daha sürətli yol aça biləcək şöhrətə malik idi. O da o sürətli yolu seçdi”.










