“Natavanın boşanma qərarı qətidir” – Müğənni məhkəməyə müraciət edəcək
“Natavan Həbibi hər şeyi sosial şəbəkədə yazıb. Boşanma qərarı qətidir”.
Bu sözləri Milliqazetä açıqlamasında 6 ay öncə reper Səid Əliyevlə (Dado) evlənən müğənni Natavan Həbibinin mətbuat katibi Aysu deyib: “Ürəyindən keçənləri, düşüncələrini sosial şəbəkədə yazdı. Görən gördü, sonra da sildi. Bəziləri elə başa düşüb ki, fikrini dəyişdiyi üçün statusu silib. Amma elə deyil. Qəti qərar verib. Bu barədə geniş müsahibə vermək istəmir. Çünki bu vəziyyətdə adam necə geniş danışar? Hər şey göz qabağındadır. Digər suallarınıza cavabı Natavan xanımın öz dilindən eşidərsiniz”.
Mətbuat katibi müğənninin evliliyinin saxta olması və evlənmək üçün reperə 20 min manat verməsi haqda iddialara da münasibət bildirib: “Birinci dəfədir ki, belə şey eşidirəm. Əlbəttə, doğru deyil”.










