Tanınmış azərbaycanlı aktyor Tamer Karadağlı Bakıya gəlir
“Çocuklar duymasın” serialının Haluku, əslən azərbaycanlı olan Tamer Karadağlı Bakıya gəlir.
Milliqazet xəbər verir ki, məşhur aktyor sabah paytaxta təşrif buyuracaq. Karadağlının gəliş səbəbi ATV-də yayımlanan “Məlahətli söhbətlər” proqramında qonaq olmaqdır.
O eyni zamanda media nümayəndələri ilə görüşüb, onların suallarına cavab verəcək.
Qeyd edək ki, Qars vilayətində doğulan aktyor əslən azərbaycanlıdır. O dəfələrlə müsahibəsində ulu torpaqlarına gəlmək istədiyini dilə gətirib.










