Günay: “Yüksək qonorarın sevgilimə dəxli yoxdur”
Müğənni Günay İbrahimli Yeni ili sevgilisi ilə keçirmək üçün bayram şənliklərinə baha qiymət dediyi haqqında Tolikin səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
O, Milliqazetä açıqlamasında bildirib ki, sözügedən iddialar əsassızdır: “Səslənsdirilən fikirlər əsassızdır. Mənim tələb etdiyim müəyyən qonorar var. Özəl günlər də adi günlərdən fərqləndiyi üçün qiymət yüksək olur. Kimsə dəvət edirsə, razılaşırsa, onun məclisində çıxış edirəm. Razılaşan olmayanda da ailəmlə keçirirəm”.
Müğənni sənət yoldaşları ilə arasında məsafə qoyduğunu da deyib: “Artıq daha məsafəliyəm hər kəsə qarşı. Qapılı olmaq yaxşıdır, insan belə olanda daha maraqlı olur. Bu işdə sevgilimin də rolu var. Onun fikirlərinə hörmət edirəm. Hər şeyə diqqət etməyi o da tələb edir, özüm də diqqət edirəm. Hazırkı həyatımdan çox razıyam”.
Müğənni yeni yazdırdığı mahnılardan da danışıb: “Sözləri Cəlal Qurbanov, musiqisi Pərviz Mahmudova aid bir mahnı oxumuşam. Hələ adını qoymamışıq. “Kabus” adlı mahnı da yazdırmışam. Tam fərqli ifadır. Hazır olsa da, təqdim etmək havasında deyiləm. Elvin Abdullayev “Bu gün mən peşmanam” adlı mahnı təqdim edib, artıq yazdırmışam. Zamanla hamısını təqdim edəcəyəm. Heydər Əliyev Sarayında konsert vermək istəyirdim. Lakin təşkilatçıların məsuliyyətsizliyinə görə təxirə saldım. Amma konsert vermək fikrim var”.










