“Ürəyimdi mənim” - Pərviz və Türkanı nə birləşdirir? - VİDEO
Pərviz Bülbülə və Türkan Vəlizadənin “Ürəyimdi mənim” mahnısı qısa zamanda hər kəsin ürəyinə hakim kəsilməyə başladı.
Türkan Vəlizadə sosial şəbəkə hesabında mahnının söz və musiqisinin Pərvizə aid olduğunu qeyd edib. Pərviz Bülbülə isə bu haqda heç nə yazmayıb. Mahnının musiqisi əslində iranlı müğənni Amin Həbibinin 2016-cı ildə işıq üzü görən mahnısından götürülüb.
Pərviz və Türkanın səsini yazan studiya isə “İnstaqram” və “Youtube” hesabında sözlərin Pərviz Bülbüləyə aid olduğunu göstərib. Pərviz və Türkanın səsyazma studiyasından paylaşdıqları ifaya gələn rəylərin əksəriyyətində də mahnının Amin Həbibiyə aid olduğu vurğulanır. Nə olursa olsun, mahnı azərbaycanlı müğənnilərin ifasında əla alınıb.










