“Ebru uşağının atasını bu durumda...” - ayrılıq açıqlaması
Müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərrabdan boşanacağı haqda yayılan xəbərlərə aydınlıq gətirilib.
Milliqazet xəbər verir ki, müğənninin rəfiqəsi Yeşim Salkım aparıcısı olduğu “Laf bende kalmasın” proqramında deyib: "Ebru Gündeş bacım kimidir. Şənbə günü onunla birlikdə idim və danışma şansına sahib oldum. Qadınlar fərqli üzüklər taxırlar və Ebru səhnədə müxtəlif üzüklərdən istifadə edən xanımdır. Alyansını buna görə çıxarıb. Kanlıcadakı villadan da köçməyib. Həftə sonunu başqa evində keçirib. Ebru belə bir zamanda uşağının atası olan adamı tərk edəcək bir qadın deyil".
Qeyd edək ki, ötən həftə öncə müğənninin boşanacağı, daha sonra Kanlıcadakı villadan köçdüyü haqda xəbərlər yayılmışdı.
Konsertdə alyansını taxmaması isə ayrılıq xəbərlərinin daha çox yayılmasına səbəb olmuşdu.










