“Oğurluq baş alıb gedir” – İzzət Bağırov çəkdiyi filmdən danışdı – VİDEO
Bir müddətdir şou-biznesdən əlini-ətəyini çəkib, olub-bitəni kənardan izləyən sənətçi, nəhayət ki, çoxdandır gözlənilən filmini çəkib yekunlaşdırıb:
“Filmin ssenarisi tamamilə mənə məxsusdur. Hətta ssenarinin içərisində olan bütün dioloqları da özüm yazmışam. Ekran işini çəkən rejissor da ssenaridən kənara çıxmayıb, nə yazmışamsa, çəkib. Filmi özüm də çəkə bilərdim. Ancaq o artıq başqa bir yükdür, başqa bir məsuliyyətdir. Samir Qulamovu çəkdiyi filmlərdən, gördüyü işlərdən hamı gözəl tanıyıram. Samirlə oturub söhbət etdik. Dedim, Samir sənə ssenari oxumaq istəyirəm. Görüşdük, ssenarini ona danışdım. Dedi ki, çəkək. Dedim, ssenari sənə təsir etdimi? Dedi, təsir elədi, çəkək. Bu ssenariyə bilirsən necə film çəkərəm?!”.
Hələlik filmin adını açıqlamayan müğənni bunu ayaq tutub yeriyən oğurluq məsələləri ilə əlaqələndirdi:
“Filmin adını çəkə bilmərəm. Çünki oğurluq baş alıb gedir. Dəhşətdir, hamı bir-birindən nə isə güdür. Bir həftə sonra sənin filmin çıxacaq, bununku bu gün çıxır. Tez səndən bir söz eşidir, görür bu daha yaxşıdır, tez həmin sözü əlavə edir. Sənin fikrini oğurlayıb təzələyir. Ona görə də filmin adını açıqlaya bilməyəcəm. Film dram janrındadır. İki ailənin həyatında baş verən faciədən bəhs edir”.










