“400 manatlıq bilet onlar üçün nəzərdə tutulub” - Tənqidlərə cavab
Noyabrın 30-da Türkiyənin məşhur aktyoru Burak Özçivit Bakının qonağı olacaq. O, baş rolunu canlandırdığı “Kardeşim benim-2” filmi üçün paytaxtımıza təşrif buyuracaq. “Park Cinema Flame Towers”də keçiriləcək qala gecə üçün biletlər isə fantastik həddədir.
Belə ki, adi zal – 50 manat, adi zal, iki nəfərlik oturacaq 110 manat, IMAX zalında bilet 70 manat təşkil edirdi. IMAX zalda film izləyib, aktyorlarla kokteyl partiyə giriş etmək 200 manatdır.
Burak Özçivitin arxasında oturaraq film izləmək tamaşaçılara 400 manata başa gələcək.
Adətən, 30 manata başa gələn qala gecələri üçün biletlərin bu qədər baha olması birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri gecə təşkilatçılarını tənqid ediblər.
O, bildirib ki, tənqidləri normal qarşılayır: “Haqqımızda səsləndirilən tənqidi fikirlərdən məlumatlıyıq. Bu cür tənqidləri normal qarşılayırıq. Fərqli qiymətlər mövcuddur. Aktyorlar gələn gün qala gecəsi üçün biletlər 50 manatdır. Bu biletlər film izləmək aktyorları görmək imkanı verir. 70 manatlıq bilet onlarla bir zalda film izləmək imkanı verir. 200 manatlıq bilet kokteyl parti üçün nəzərdə tutulub. 400 manatlıq bilet isə çox azdır. Bu aktyorun ən böyük fanatları üçündür. 400 manatlıq biletlərin satılıb-satılmaması barədə məlumat verə bilmərik. Filmi izləmək istəyənlər adi günlərdə də teatrımıza təşrif buyura bilərlər. həmin günlər qiymətlər çox münasib olacaq”.
Qeyd edək ki, Burak Bakıya həyat yoldaşı Fahriyr Evcen ilə gələcək.










