Azərbaycanlı “O səs Türkiyə”də: “Atam çox sevinəcək”
Türkiyənin məşhur yarışması “O səs Türkiyə”nin növbəti buraxılışı yayımlanıb.
Iştirakçılar arasında. Azərbaycanlı ifaçı Kamran Arif də olub. O, Soner Sarıkabadayının “Sadəm” mahnısını səsləndirib. Həmyerlimizin ifasına yalnız Yıldız Tilbe dönüb. Digər münsiflər isə ifaçının ifasında müxtəlif qüsurlar olduğunu deyiblər.
K. Arif müsabiqədə iştirak etdiyi üçün xoşbəxt olduğunu deyib: “Bir neçə gün öncə atam bu müsabiqəni izəyirdi. Birdən sürpriz şəkildə mən səhnəyə çıxaram deyə baxır. Atamla anam çox sevinəcək. Yıldız xanımın dönməsi məni xoşbəxt etdi. Çünki ailəmi sevindirdi”.
Qeyd edək ki, Kamran Arif “Yeni ulduz 9” və “Səs Azərbaycan” yarışmasının iştirakçısı olub.










