Talıbdan tənqidlərə cavab: “Atama şərait qurmağa imkanım var” - VIDEO
“Maşın” realiti-şousunun 15-ci buraxılışının qalibi Talıb Tale yeni avtomobili ilə Göygölə atasının yanına gedib.
Atası oğlunu görüb göz yaşlarını saxlaya bilməyib. İfaçı isə atasının ağlamasını istəyib.
Daha sonra Talıb müzakirələrə səbəb olan atasının yaşadığı təmirsiz evdən danışıb: “Bura toylara gələndə dostlarımı evimizə gətirməyə utanırdım. Atam qoymurdu ki, evi təmir etdirim. Bu barədə mübahisəmiz də olub. Atamı Bakıya gətirmək istəyirdim, amma razı olmadı. Buranı Almanlar tikib, təmir etməyə dəyməz. Utanmalı deyilik. Kasıb görünə bilərik, əsas mənəviyyatımız olsun. Kasıbçılıqla böyümüşük. Müəllim ailəsi olmuşuq. Valideynlərim çalışıb müəllim maaşı ilə 4 uşağı böyütdü. Son illər anamın rəhmətə getməsi sarsıtdı bizi. Atam nə zaman istəsə, evi təmir edə bilərəm. buna imkanım var. Atamı Bakıya yanıma aparmaq istəyirəm. Heç vaxt şəxsi həyatımı açıqlamaq istəmirəm. Amma indi evim gündəmə gəldi, buna aydınlıq gətirməyə çalışıram”.
Atası isə oğlunun təklənməsindən şikayət edib və oğlu ilə qürur duyduğunu deyib.










