14 yaşlı model çox işləməkdən öldü
14 yaşlı model Vlada Dzyuba həddindən artıq işləməyin qurbanı olub.
Milliqazet Türkiyə mətbuatına istinadən xəbər verir ki, rus model Çində keçirilən moda həftəsində 12 saat podiumda qalıb. O daha sonra yorğunluqdan komaya düşüb. 2 gün reanimasiyadan qalan model həkim səylərinə baxmayaraq vəfat edib.
Gənc modelin anası Oksana da qızının səhhətinin podiuma çıxmağa münasib olmadığını, lakin buna baxmayaraq işləmək məcburiyyətində qaldığını bildirib: "Qızım mənə zəng edərək çox yorğun olduğunu və yatmaq istədiyini söylədi. Xəstəliyinin çox başlanğıcında olmalıydı. O xəstəxanada olanda yanına getmək üçün viza almağa çalışırdım. Sığortası olub-olmadığı haqqında da bir fikrim yoxdur".










