İrəm Dərici reanimasiyaya yerləşdirilib
Yaşadığı sağlamlıq problemləri səbəbiylə xəstəxanada müalicə alan İrəm Dəricinin son durumu bəlli olub.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin həkimi Reha Baran açıqlamasında onun reanimasiyaya yerləşdirildiyini bildirib: "Bizim xəstəmiz mədə soyuqdəyməsinə (gastroenterit) və sidik yollarının infeksiyaları, elektrolit balansızlığı, ümumi bədən suyu balansının pozulması və tənəffüsdə çətinliklər səbəbindən reanimasiya yerləşdirilib. Xəstəmizin müalicəsi davam edir”.
Qeyd edək ki, son günlər arıqlaması ilə gündəmə gələn Dəricinin tez-tez səhhətinin pisləşdiyi iddia edilirdi.










