Qusarda traktor aşıb, sürücü ölüb
Qusarda traktor aşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 16-da saat 23 radələrində Qusar rayonunun Hil kəndində yerli sakin İsmət Qasımov idarə etdiyi “T-82” markalı traktoru aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.










