“Mələyin öpüşü” təqdim olundu, Oksana gəlinlik geyindi – Fotolar
Ötən gün “Nizami” kino mərkəzində “Mələyin öpüşü” filminin təqdimat mərasimi keçirilib.
Fuad Poladov, Münəvvər Əliyeva, Şamil Süleymanov, Oksana Rəsulova, Elşad Xose, İlhamə Qasımova, Şəhriyar Əbilov və başqalarının çəkildiyi ekran işinin təqdimat mərasiminə şou-biznesin tanınmış simaları qatılıb. Oksananın ağ gəlinliyi xatırladan libası və Xosenin ağ kostyum geyinməsi diqqət çəkib. Həyəcanlı olduğunu dilə gətirən Oksana geyimi ilə bağlı danışıb. O bildirib ki, kimin mələk olduğunu gizlətmək üçün bu addımı atıb. Elşad Xose isə ağ kostyum geyinəcəyindən Oksananın xəbərsiz olduğunu deyib.
Daha sonra ekran işinin çəkiliş qrupu səhnəyə çıxıb və onlar təəssüratlarını bölüşüblər. Rejissor Əskər Əli Hacızadə kino haqqında bunları deyib:
Gözəl iş ərsəyə gətirmişik. Oksana ilə Elşad Xoseyə təşəkkür edirik. Məni gözəl insanlarla tanış etdilər. Əminəm ki, gələcəkdə də onlarla çalışacağıq. Filmin seviləcəyinə əminəm. Xeyirlisi olsun”.
Filmin ssenari müəllifi Əlibəy Məmmədli, Əskər Əli Hacızadə, Süleyman Süleymanzadədir. İdeya müəllifi Nərgiz Qasımova, operatoru Elman Əliyevdir.
Xalq artisti Fuad Poladov qala gecəsinə qatılmayıb. Oksana aktyorun səhhəti ilə əlaqədar orada olmadığını deyib və Poladova şəfalar diləyib.
Qeyd edək ki, daha öncə də çəkildiyi filmlərin qala gecəsinə qatılmamışdı.






















