Uşaqlar üçün moda gecəsi keçirildi, amma Natavan gəlmədi - FOTOLAR
Prodüser Zöhrab Ağayevin təşkilatçılığı ilə “Fashion Kids” moda müsabiqəsi keçirilib.
Ermənilər tərəfindən öldürülən 2 yaşlı Zəhraya həsr olunan tədbirdə müxtəlif yaş həddində olan uşaqlar podiuma çıxıb. Birinci hissədə geyimlərini nümayiş etdirən uşaqlar ikinci hissədə qonaqlar üçün rəqs nömrələri təqdim ediblər. Dəfilənin münsif kürsüsündə Həsən Həsrət, Kamil Zeynallı, Kənan M.M, Təranə Səmədova, Zorik, Humay Muxtarova, Leyla Əhmədova və başqaları oturub. Natavan Həbibinin də münsif olacağı deyilsə də, müğənni tədbirə qatılmadı.
Prodüser Təranə Səmədovanın qızı Suel qızlar arasında birinci yerə layıq görülüb. Oğlanlar arasında birinci isə mərhum reper Hüseyn Dəryanın oğlu Cahangir olub. Gecənin Qran-Prisinə Məryəm adlı iştirakçı layiq görülüb
























