Tanınmış teleaparıcı evlənir – FOTOLAR
ANS-nin keçmiş aparıcısı Rahil Sayadoğlunun toy tarixi bəlli olub.
Aparıcının toyu sentyabrın 14-ü şəhər restoranlarının birində baş tutacaq. O, Aynur adlı xanımla ailə qurur.
İxtisasca müəllimə olan Aynur və aparıcı sosial şəbəkədə tanış olub.
Qeyd edək ki, R. Sayadoğlu ANS TV-də "Şəbəkə", ARB TV-də "Pəncərə" verilişlərinin aparıcısı kimi məşhurlaşıb.













