Vatan Şaşmazın ölümünə məşhurların reaksiyası
Xəbər verdiyimiz kimi, aparıcı Vatan Şaşmaz ötən gün sevgilisi, keçmiş model Filiz Aker tərəfindən oteldə öldürülüb. Vatana 4 dəfə atəş açan Filiz daha sonra özünü də başından vuraraq intihar edib.
Aparıcının ölüm xəbəri ölkə gündəminə çevrilib.
Məşhurlar sosial media hesabında Vatanla bağlı paylaşımlar ediblər:
Murad Boz: "Ümid edirəm ki, Vatan Şaşmaz xəbəri doğru deyil".

Burcu Güneş: "Ay Allah! O qədər qəlbi təmiz bir insan idi ki...Hamımızın dostu, qardaşı idi. Şokdayam. Niyə?".
Berna Laçın: "Allahım, bu doğrudurmu?"

Ceyhun Yılmaz: "Yaraşıqlı və hörmətli xatırlanacaq. Rəhmət diləmək üçün əli-dili tutulur adamın. Allah ailədinə səbr versin".

Pınar Altuğ:
Zeyno Gönenç: Çox kədərliyəm... Gülə-gülə gülən üzlü uşaq...










