Həkimlər əllərini yumur, insanlar isə xəstələnir

Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb ki, həkimlərin 40 faizi əl gigiyenasına diqqət etmir.
İtaliya, Mali, Pakistan və Səudiyyə Ərəbistanın 43 xəstəxanasında aparılan araşdırma nəticəsində tibb bacılarının da 29 faizinin əl gigiyenasına əhəmiyyət vermədiyi üzə çıxıb. Dünyanin 168 ölkəsində həkim, tibb bacısı və digər tibb işçiləri arasında “Təmizlik təhlükəsizlikdir” şüarı ilə keçirilən kampaniya çərçivəsində onlara təmizliklə bağlı təlim verilir. ÜST həmçinin açıqlayıb ki, müalicə zamanı yoluxan xəstəliklərin çoxu səhiyyə işçilərinin xəstəyə toxunması ilə keçən mikroblardan qaynaqlanır. İnkişaf etmiş ölkələrdə hər 100 xəstədən 7-si, inkişaf etməkdə olan ölkələrdə isə hər 100 xəstədən 10-u bu mikrob ucbatından xəstələnir.
Son illərdə bu sahədə aparılan təbliğat sayəsində isə əl gigiyenasına diqqət etmə faizi 51 faizdən 67 faizə qədər artıb.