Bu uşaq yaşıl çayın xərçəng xəstəliyini öldürdüyünü sübut etdi-VİDEO

Amerikalı məktəbli 12 yaşlı Stiven Litt yaşın çayın tərkibində xərçəng xəstəliyini öldürən maddə aşkarlayıb. Bu ixtira Corciyada uşaq elmi sərgisində layihə çərçivəsində edilib.
Litt müəyyən edib ki, yaşıl çayın tərkibində olan antioksidantlar qurdların xərçəng hüceyrələrinə mənfi təsir göstərir. Öz ixtirası sayəsində uşaq sərginin əsas mükafatını alıb və alimlərin diqqətini özünə cəlb edə bilib.
Əlində olan materialları və keçirilən təcrübələri analiz edən Stiven araşdırma üçün lazım olan bütün materialları İnternetdən sifariş edib və evində mini laboratoriya hazırlayıb. O, polifenolun kanseroqenlə zəhərlənmiş fərdlərdə şişlərin yaranmasının qarşısını aldığı hipotezini sübut etmək üçün təcrübə qurdlarını 4 qrupa bölüb . Stiven təkbaşına kimyəvi maddələrlə işləyə bilmədiyi üçüne eksperimentdə uşağa kimya təhsili olan atası yardım edib.
Elmi sərginin əsas mükafatını alan Stivenə Tafsta Universitetinin alimləri diqqət göstərib. Onlar uşağı öz yanlarına dəvət edərək araşdırmanın aparıldığı laboratoriyaları göstəriblər. Yeddinci sinif şagirdi görünməmiş təcrübə əldə edib və xərçəng xəstəliyi üçün dərman axtaracaq alim olmağı arzulayır.