İstanbulda namaz vaxtı məsciddə tavan çöküb: Yaralılar var FOTO
İstanbulda Ataköy məscidində cənazə namazı qılınan zaman qarın ağırlığına dözməyən tavan çöküb. Türkiyə mətbuatının məlumatına görə, azı 10 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili yardım maşını cəlb olunub.