Terrorçunun olduğu güman edilən yerdə əməliyyat keçirilir
İstanbulda «Reina» gecə klubuna hücum edib, 39 nəfəri qətlə yetirən terrorçunın axtarışı davam edir. Bir xəbər əsasında Zeytinburnunda bir evdə əməliyyat keçirilir. Yoxlama zamanı bir nəfər özünü binadan atıb. Yaralı şəxs xəstəxanaya aparılıb. Hazırda onun şəxsiyyəti müəyyən edilir. Eyni zamanda terrorçunun dəqiq fotosu müəyyən edilib.