Ölkə karantindən qurtulur: 80 faiz peyvəndlənmə... - Qərar
İtaliyada mədəni obyektlərə gələnlərin sayına qoyulmuş məhdudiyyət ləğv edilib.
Bu barədə ölkənin mədəniyyət naziri Dario Françeskini tviterdə bildirib.
Ölkədə oktyabrın 11-dən kinoteatrlar, teatrlar və konsertlər tam doluluq səviyyəsinə qayıdır, ancaq maska taxılmalı və COVID-19 sertifikatı olmalıdır.
Əvvəllər teatr və kinoteatrlarda tamaşaçılar oturacaqların 80 faizini tuta bilərdi.
Qərara əsasən, mədəni müəssisələrdə 1 metr məsafə saxlamaq öhdəliyi də ləğv edilir.
İtaliyada 12 yaşdan yuxarı əhalinin demək olar ki, 80 faizi tam peyvənd olunub.