Britaniyada koronavirusa 38 154 yeni yoluxma halı qeydə alınıb
Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 38 154 yoluxma halı qeydə alınıb.
İçxəbər "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 6 862 904 nəfərə çatıb.
Bildirilir ki, ötən sutkada koronavirusdan 178 nəfər, hazırkı dövrədək isə 132 920 nəfər vəfat edib.