Türkiyədə son sutkada koronavirusdan 11 396 nəfər sağalıb
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 255 nəfər vəfat edib.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 286 425 nəfər test edilib, 17 332 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 11 396 nəfər sağalıb.