Tokio Olimpiadasında koronavirusa daha 29 yoluxma halı qeydə alınıb

Son 24 saat ərzində Tokioda keçirilən Yay Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilən 29 nəfərdə koronavirus aşkarlanıb.
İçxəbər "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Tokio-2020"nin təşkilat Komitəsinin Saytında deyilir.
Bildirilir ki, Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilənlər arasında koronavirusa yoluxanların ümumi sayı 322 nəfərə çatıb.
Qeyd edək ki, "Tokio-2020" Yay Olimpiya Oyunları avqustun 8-i başa çatacaq.