Tokio Olimpiadasında koronavirusa yeni yoluxma halları qeydə alındı
Son 24 saat ərzində Tokioda keçirilən Yay Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilən 21 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə "Tokio-2020"nin təşkilat Komitəsinin Saytında deyilir.
Məlumata əsasən, yeni yoluxanlar arasında idmançılar yoxdur.
Bildirilir ki, Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilənlər arasında koronavirusa yoluxanların ümumi sayı 246 nəfərə çatıb.