İranda koronavirusa 31,8 min yoluxma qeydə alınıb
İranda ötən sutka ərzində 322 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
İranda ötən 24 saat ərzində 31 814 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 723 246 nəfərə çatıb. Virus daşıyıcılarından 4 863 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 3 274 346 nəfər koronavirusdan sağalıb, 25,6 milyondan çox diaqnoz testi həyata keçirilib.