CAR-da koronavirusla bağlı məhdudiyyətlər yumşaldılır
Cənubi Afrika Respublikasında üçüncü koronavirus dalğasının pik həddi sona çatıb. Hökumət dörd həftə ərzində ölkədə tətbiq olunan bir sıra tədbirləri yumşaldılmasına dair qərar qəbul edib.
İçxəbər TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Afrika Respublikasının prezidenti Siril Ramaposa hökumət portalında yayımlanan xalqa müraciətində bildirib.
CAR-da son məlumatlara əsasən, koronavirusa yoluxanların sayı 2 377 823 ,dünyasını dəyişənlərin sayı isə 69 775 nəfərə çatıb. Bu göstəricilərə görə ölkə Afrikada birinci yerdədir.