Bakı Baş Səhiyyə İdarəsinin bazasında yeni qurum yaradılır

Bakı Baş Səhiyyə İdarəsinin bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzi yaradılır.
Bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.
Onun sözlərinə görə, proses yaxın zamanda yekunlaşacaq.
"İlkin səhiyyə xidmətinə aid olan bütün strukturlar həmin tibb mərkəzində birləşəcəklər. O cümlədən, 5 saylı Doğum evinin qadın məsləhətxanası da İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin tərkibinə keçəcək. Nəticə etibarilə də ilkin səhiyyə xidməti tibbi xidmətdən ayrılacaq”.