Peyvənd olunan partiya sədri koronavirusa yoluxdu

Fevral ayının 23-də koronavirus əleyhinə peyvənd olunan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn koronavirusa yoluxub.
Bu barədə danışan partiya sədri COVİD-19 əleyhinə peyvəndləmədə iştirak etsə də, yoluxduğunu bildirib: “Bəli, yayılan xəbərlər doğrudur. Koronavirusa yoluxmuşam. Hazırda müalicə alıram, yazılanlar həqiqətə uyğundur. Bu barədə başqa bir şey danışmaq istəmirəm”.
Qeyd edək ki, P.Hüseyn bir müddət əvvəl vətəndaşlara peyvəndləmə ilə bağlı çağırış etmişdi: “Vaksinasiya prosesinin təşkilatçılarına, həkimlərə təşəkkür edirəm. Hamımız peyvənd olunaraq, xəstəliyə qalib gəlməliyik, inşallah, düşərli olar”.