Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 124 nəfər sağalıb.
Bu məlumatı martın 4-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 235647 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229267 nəfər sağalıb, 3232 nəfər vəfat edib, aktiv xəstə sayı 3148 nəfərdir".
Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9183, hazırkı dövrədək isə ümumilikdə 2627991 test aparılıb.
Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.