Koronavirus STATİSTİKASI: Bazar gününə görə azalma var

Azərbaycanda koronavirus infeksiyasına 125 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada 3 nəfər COVİD-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 234 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 839 nəfər müalicə olunaraq sağalıb, 3 223 nəfər vəfat edib. Hazırda 2 600 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 205, bu günə qədər isə ümumilikdə 2 602 884 test icra olunub.