Koronovirusun yeni mutasiya olunmuş növü sürətlə yayılır

Tailandda ilk dəfə Böyük Britaniyada üzə çıxan koronovirusun yeni mutasiya olunmuş növü aşkar edilib.
Bu barədə Thai PBS telekanalı xəbər verib.
Məlumata görə, bu virus Böyük Britaniya vətəndaşları olan ailədə aşkar edilib, onlar karantinə alınıblar.
Qeyd edək ki, koronavirusun yeni mutasiya olunmuş forması hesab edilən SARS-CoV-2 birinci dəfə ötən ilin dekabr ayının ortalarında Böyük Britaniyada üzə çıxıb.
"İç xəbər"