ABŞ-da COVID-19-dan həftəlik ölüm sayı son 8 ayın pik nöqtəsinə çatıb

Son yeddi gündə ABŞ-da COVID-19-dan 15 658 nəfər ölüb və bu, həftəlik ifadədə aprel ayından bəri ən yüksək ölüm göstəricisidir. Pandemiya qurbanlarının ümumi sayı dekabrın 7-dək olan müddətdə 283 703 nəfər təşkil edib.
"İç xəbər" Bu barədə beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Cons Hopkins Universitetin məlumatlarında deyilir.
Son statistikaya əsasən, təkcə dekabrın 2-dən etibarən ABŞ-da koronavirusa yoluxma hadisələrinin sayı bir milyondan çox artaraq ümumilikdə 14 954 331-ə çatıb.
“Vəziyyət elədir ki, Şükran gününü arxada qoyub Milad bayramına doğru gedirik. Bu vəziyyət çətin olacaq”, – ABŞ-nin baş infeksionisti, Milli Allergik və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi CNN-ə açıqlamasında deyib.