Xəstəlikdən necə qorunaq

Soyuqdəymənin qarşısını almağın ən təsirli yolu - 8 saatlıq yuxu, paltarları yüksək temperaturda yuymaq və xəstə insanlarla minimum təmasda olmaqdı. Burnun isti saxlanılması da tövsiyə olunur, çünki virus bədənə ən çox burdan daxil olur. Orqan soyuduqda qan dövranı pisləşir və mikroblarla mübarizə nəzərəçarpacaq dərəcədə zəifləyir.Başqa bir təsirli üsul rasionda şirnini azaltmaqdır. Qan şəkərinin artması immunitetin zəifləməsinə gətirir.
Ancaq el içində istifadə olunan tənzif sarğı, oksolinik məlhəmi, burun içinə sarımsaq suyunun tökülməsi və moruq mürəbbəsi ilə isti çay kimi tanınmış profilaktik üsullar virusa qarşı mübarizədə tamamilə yararsız olduğu aydınlaşıb.