Daha bir nəfər donuz qripindən ölüb

Məlumata görə, Gürcustanın Zuqdidi əyalətində yerləşən Sameqrelo-Zemo-Svaneti məntəqəsində donuz qripinə yoluxan 41 yaşlı kişi dünyasını dəyişib.
Məlumatda bildirilir ki, hazırda referal xəstəxanasında qripə yoluxan 26 nəfər müalicə olunur.
Qeyd edək ki, Gürcüstan Səhiyyə Nazirliyinin son rəsmi məlumatına görə son günlərdə ölkədə donuz qripindən 17 nəfər dünyasını dəyişib.