Gürcüstanda "donuz qripi"ndən artıq 13 nəfər ölüb

"Donuz qripi"nin profilaktikası tədbirləri çərçivəsində Gürcüstandan Azərbaycana gələn avtomobillər dezinfeksiya olunur, bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.
Hələlik Azərbaycanda insanların "donuz qripi"nə yoluxması halları qeydə alınmayıb. Bununla belə, qabaqlayıcı tədbirlər görülür və 1 saylı şəhər Kliniki Xəstəxanasında və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında xüsusi palatalar hazırlanıb.
Qeyd edək ki, qonşu Gürcüstanda "donuz qripi"ndən artıq 13 nəfər ölüb.