San Fransiskoda

Arıqlamağa kömək edən ən effektiv üsul çəkinin mütəmadi yoxlanılmasıdır. San Fransiskoda Pittsburq Universitetinin və Kaliforniya Universitetinin araşdırmaçıları bu qənaətə gəliblər.
1042 amerikalı üzərində araşdırma aparan mütəxəssislər sübut ediblər ki, tez-tez çəkinin yoxlanılması arıqlamağa stimul verir.
Dietoloqlar iddia edirlər ki, çəkidə dəyişiklik barədə mütəmadi məlumat almaq insanın qidalanma davranışında əhəmiyyətli rol oynayır.