Ürəktutma, iflic və stressdən uzaq olacaqsınız – KEŞNİŞ TOXUMUNUN FAYDALARI

Göyərtilərin insan sağlamlığındakı rolu hər kəsə məlumdur. Amma onların toxumu da bir o qədər faydalıdır.
Faydasını təqdim edir.
– Göz sağlığına olduqca faydalıdır. Tərkibindəki A vitamini ilə görmə problemlərinin qarşısını alır.
– B vitamini sayəsində sinir sisteminə dəstək verir. Yuxusuzluq, yorğunluq və stress kimi narahatlıqları azaldır.
– Ürəktutma və iflic kimi riskli xəstəliklərin yaranmasını azaltmağa kömək edir. Eyni zamanda xolesterol səviyyəsini də tarazlaşdırır.
– İmmunitet sistemini gücləndirir. Keşniş toxumu tərkibindəki antibakterial xüsusiyyəti sayəsində bədəni infeksiyalara qarşı qoruyur.
– Ağız qoxusunu aparır və ağızda yaranan yaralara infeksiya düşməsini əngəlləyir.
– Kalsium baxımından zəngin olan keşniş sümüklərin uzun illər boyu sağlıqlı və güclü qalmasını təmin edir.
– Tərkibində olan uçucu yağ turşusu sayəsində dəri problemlərinin daha sürətli sağalmasını təmin edir.