Dərman içməyi sevməyənlər üçün soyuqdəymədən resept

Yazın əvvəl günlərində havaların gün ərzində bir neçə dəfə dəyişməsi ilə əlaqədar xəstələnmə halları çox olur. Xüsusən bundan uşaqlar əziyyət çəkir. Lakin onlara dərman içirtmək o qədər də asan olmur. Bununla əlaqədar olaraq Sizlərə demək olar ki, hər kəsin evində olan məhsullardan keyfiyyətli bir məlhət təqdim edirik, hansı ki, onu yemək, udmaq lazım deyil. Bu məlhəmi Organ Wellness sağlam həyat saytının müəllifi təqdim edir.
Lazım olan məmulatlar
1. 1 ölçü stəkanı üqüdülmüş zəncəfil, yaxud zəncəfil kirşanı
2. 1 stəkan bal
3. 1 x.q. un
4. yarım stəkan zeytun yağı
5. kağız salfet və qida plyonkası
Komponentləri plastik "xəmir" formasına salın
Bal və unu qarışdıraraq, xəmir formasına salın, zeytun və üyüdülmüş zəncəfili qatın.
Salfetin üzərinə qalın qat çəkin. Soyuqdəymədən "zərər çəkənin" döş qəfəsinə yapışdırın, üzərini isə qida plyonkası ilə örtün
Əldəqayırma plastr uşaqlar üçün 3 saat kifayətdir. Böyüklər isə bütün gecəni saxlaya bilərlər.
O, adi bibərli plastr kimi isidir. Ancaq adi plastrlardan frqli olaraq çıxardanda incitmir.
Sağalana kimi istifadə etmək olar, adətən bu 2-3 gün çəkir.