Azərbaycanda fiziki qüsurlu doğulan körpələrin sayı açıqlanıb
"Bu il Azərbaycanda 538 körpə fiziki qüsurlu doğulub".
Milliqazet xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək" layihəsinin təqdimatında deyib.
Nazir bildirib ki, bunun səbəbləri müxtəlifdir: "Qohum evliliyi, erkən nikahlar və s. Bunlara qarşı dövlət tərəfindən müxtəlif tədbirlər görülür".